Həmkarları müğənniyə elə sözlər dedi ki:   “Ağadadaşın pulu var, ona görə...”

saytların hazırlanması

Evə çatdırılma

Həmkarları müğənniyə elə sözlər dedi ki: “Ağadadaşın pulu var, ona görə...”

Şou

31 Oktyabr 2024 12:09 999


Bir neçə gün öncə Xalq artisti Ağadadaş Ağayevin vergi borcuna görə məhkəməyə verildiyi ilə bağlı məlumat yayıldı ki, müğənniyə məxsus "Ağadadaş" MMC-nin dövlət büdcəsinə vergi və fondlara borcu yaranıb. Buna görə də Dövlət Vergi Xidmətinin Bakı şəhəri üzrə Lokal Gəlirlər Baş İdarəsi ona qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb. İddiada borcu ödəmədiyi təqdirdə Xalq artistinin Azərbaycandan çıxışına müvəqqəti qadağa qoyulması xahiş olunur.

Yenisabah.az xəbər verir ki, “ARB” televiziyasında efirə gedən “Günə bax” verilişində Ağadadaş Ağayevin həmkarları onunla bağlı gündəmə gələn son olaylara münasibət bildiriblər. 

Verilişdəki qonaqlardan biri "Elit Star" Cəmilə deyib ki, müğənninin işi və pulu da vergi borcunu ödəməyə kifayət edir: Pepperoni pizza

“Hər bir insanın həyatında qara zolaq olur. Heç kəs deməsin ki, anadan olandan ölənə qədər xoş gün görüb. Ola bilsin, kiməsə acığı gəlib, kiməsə nə edib ki, o da keçər. Məsəl var deyir bu da keçər. Ağadadaş müəllimə səbr, möhkəm cansağlığı arzulayıram. Ağadadaş müəllim, bu da keçər. Fikir verməyin. Vergi borcunu da ödəyər. Onun o boyda şadlıq sarayı, işi, pulu var”. 

Digər qonaq olan ifaçı Sahib İbrahimov isə bildirib ki, insanın başına hər şey gələ bilər:

“Rusların bir sözü var, deyir heç vaxt heç vaxt demə. Biz insanıq. İnsan da bəlalardan sığortalanmayıb. Hamımızın başına iş gələ bilər. Gəlir də. Ağadadaş müəllim çox tərbiyəli, yerini bilən insanlardandır. Savadlı bir adamdır. Biz nə hadisə olub ora qədər görmüşük. Hadisənin digər tərəfini bilmirik. Ağadadaş müəllimin biznes şəbəkəsi var. Orada anlaşılmazlıq olubsa, inanıram ki, hüquq-mühafizə orqanları buna qərar verib yoluna qoyacaqlar. İnsanın başına hər cür hadisə gələ bilər. Ağadadaş müəllim çox ağıllı adamdır. Mən təkcə ona yox, özümə görə də deyirəm. Əgər idarə etdiyim maşının sənədlərini vaxtında qaydaya salsam, sağlamlığımın keşiyində dayansam, xəstələnmərəm. Xəstələnsəm belə onun qarşısını alaram. Ağadadaş müəllim də vergisini ödəyər, hər şey qaydasına düşər”. 

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!