Həmkarlarını “türk agentləri” adlandıran deputat Stambulyanın Türkiyədə şirkəti var imiş

saytların hazırlanması

Evə çatdırılma

Həmkarlarını “türk agentləri” adlandıran deputat Stambulyanın Türkiyədə şirkəti var imiş

Rəsmi

19 Yanvar 2022 22:08 1226


Ermənistan parlamentində bəzi deputatları “türk agentləri” adlandıraraq qalmaqala səbəb olan müxalifətçi deputat Ripsime Stambulyanın özü barəsində şok iddia yayılıb.

Yenisabah.az erməni KİV-ə istinadən xəbər verir ki, Stambulyan parlamentdə Ermənistanla Türkiyə arasında uçuşların bərpası ilə bağlı deputat həmkarlarını "türk agentləri" adlandırıb.

Daha sonra isə müxalifətçi deputatın özünün Türkiyədə böyük şirkəti olduğu üzə çıxıb. Toyuqlu pizza

Bu iddia ilə iqtidaryönlü deputat Vaqarşak Akopyan çıxış edib. O bildirib ki, Stambulyan Türkiyədə ermənilərin istirahətini təşkil etməklə pul qazanan “Anriva Tour” turizm şirkətinin sahibidir.

“Adamlar öz biznes maraqlarını təşviq etmək üçün mandat alıblar, parlamentə ölkəni xilas etmək üçün gəlməyiblər. Bir tərəfdən bu gülməli olsa da, digər tərəfdən ağlamalıdır”, - deyə KİV yazıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!