Balakən Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Katex kəndində yerləşən evlərin birindən 1 200 manat dəyərində televizorun və digər məişət əşyalarının oğurlanması barədə müraciət daxil olub.
Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, daxil olan müraciət əsasında Balakən RPŞ əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəini törədənlər - rayonun Katex kənd sakinləri 27 yaşlı Nadir Nürəddinov və 28 yaşlı Əhməd Süleymanov olduqları müəyyən olunub. Sezar pizza
Onlar şübhəli şəxs qismində saxlanılıblar və törətdikləri cinayət əməlini etiraf ediblər.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.
Telegram kanalımız