Həmkəndlisinin qoyunlarını oğurlayan şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Həmkəndlisinin qoyunlarını oğurlayan şəxs tutuldu

Kriminal

25 May 2020 16:52 1046


Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə həmkəndlisinə məxsus xırdabuynuzlu heyvanları oğurlayan rayon sakini saxlanılıb. 

Biləsuvar rayonunun Ağayrı kənd sakini R.İmanov may ayının 24-də polisə müraciət edərək ona məxsus təsərrüfatdan ümumi dəyəri 1120 manat olan 6 baş qoyunun oğurlandığını bildirib. Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun zərərçəkmişin həmkəndlisi İlkin Mustafazadə olduğu müəyyən edilib. Oğurlanmış heyvanlar müəyyən edilərək sahibinə qaytarılıb.

Faktla bağlı araşdırma aparılır. pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!