“Həmrəyliyin nə qədər mühim olduğunu...“ - Koronavirusa qalib gələn Mirvari Fətəliyeva

saytların hazırlanması

Evə çatdırılma

“Həmrəyliyin nə qədər mühim olduğunu...“ - Koronavirusa qalib gələn Mirvari Fətəliyeva

Dünya

21 Aprel 2020 20:48 880


Bir müddət əvvəl Fransada koronavirusa yoluxan Paris Azərbaycan Evinin prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva "Facebook" hesabında sağalması ilə bağlı paylaşım edib.

Yenisabah.az xəbər verir ki, baş katib ona mənəvi dəstək olan hər kəsə təşəkkür edib:

"Əziz doğmalar, dostlar, tanışlar! Toyuqlu pizza

Bir aydan çox sürən Covid-19 xəstəliyni artıq geridə qoyduğum üçün hər birinizə bir daha bu çətin günlərimdə mənə göstərdiyiniz diqqət və qayğı üçün təşəkkür etmək istədim.

Sizlərin mənə olan bu mənəvi dəstəyi, sevgisi bütün dəva və dərmanlardan güclü oldu.

Hər birimiz üçün çətin olan bu dövrdə xalqımıza xas olan insani dəyərlərin, həmrəyliyin nə qədər mühim olduğunu bir daha anladım"

Mirvari Fətəliyeva virusa necə qalib gəldiyini də bölüşüb:

"Bu virusa yoluxmuş biri kimi öz təcrübəmə əsaslanaraq onu deyə bilərəm ki, bu xəstəliyə qalib gəlmək üçün ən əsası panikaya düşməmək, qorxmamaq, immunitetinizi gücləndirmək üçün xoş əhval ruhiyyədə qalmaq ən vacib şərtlərdəndir.

Odur ki, hər birinizi dövlət tərəfindən qoyulan qayda qanunlara riyayət etməyə səsləyir və inanıram ki, tez bir zamanda birlikdə dünyanı bürüyən bu bəlaya qalib gələcək və sağlam dünyamıza qovuşacağıq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!