Həmsədr ölkələri neytrallığı pozmağa nə vadar edir?

saytların hazırlanması

Evə çatdırılma

Həmsədr ölkələri neytrallığı pozmağa nə vadar edir?

Siyasət

15 Oktyabr 2020 14:55 1028


Prezident İlham Əliyev ötən gün “France 24” televiziya kanalına müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün həmsədrləri neytral olmağa çağırıb. O, Fransanın Xarici İşlər nazirinin "Fransa Minsk qrupunun həmsədri olduğuna görə neytral olmalıdır" fikrini xatırladaraq deyib ki, Azərbaycan bu mövqeyi tam dəstəkləyir. Dövlət başçısı bütün həmsədrlərin neytral olmasının, tərəf tutmamasının zəruriliyini xatırladaraq deyib ki, bunun əksi onların mandatına ziddir.

Belə olan halda maraqlı sual yaranır, həmsədr ölkələri neytrallığı pozmağa, mandatlarına zidd mövqe sərgiləməyə nə vadar edir?

Bu barədə Yenisabah.az-a danışan sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli söyləyib ki, sözügedən məsələnin baş təbliğatçısı, bu işlərin əsas qurucusu erməni lobbisidir: Marqarita pizza

“Məncə burada əsas yeri xristian təəssübkeşliyi də tutur. Çünki Rusiyanın dövlət maraqları, strateji maraqları olsa da, digər dövlətlərin belə bir marağı yoxdur. Sadəcə xristian təəssübkeşliyi, müsəlmana qarşı fobiya, Türk dünyasını sevməməzlik kimi amillər həmsədrlərin belə dolaşıq işlərə qarışmasına səbəb olur”.

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!