“Həmsədrlər Gəncədə baş verənlərlə bağlı məlumatlandırılıb” - Prezidentinin köməkçisi

saytların hazırlanması

Evə çatdırılma

“Həmsədrlər Gəncədə baş verənlərlə bağlı məlumatlandırılıb” - Prezidentinin köməkçisi

Siyasət

11 Oktyabr 2020 13:57 1013


“Bütün həmsədrlər ötən gecə Gəncədə baş verənlərlə bağlı məlumatlandırılıb, onlara əlavə məlumatlar da təqdim edilib”.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə yerli və xarici jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan Respublikasının tapşırığı əsasında Baş Prokuror və digər şəxslərlə birgə Gəncəyə səfər ediblər: “Gəncə şəhər Baş Prokurorluğunda da baş vermiş hadisələrlə əlaqədar əlavə mətbuat konfransı keçiriləcək. Bu baş verənləri bir daha genosid aktı kimi qiymətləndiririk”. pizza sifarişi

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02.00 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutub.

Son məlumata görə, raket zərbəsi nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olub, onlarla insan yaralanıb, dağıntılar altında qalanların olduğu bildirilir.

Xilasetmə işləri davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!