“Həmsədrlərin Qarabağa gedə bilməməsi bizi narahat edir“ - Rusiya təmsilçisi

saytların hazırlanması

Evə çatdırılma

“Həmsədrlərin Qarabağa gedə bilməməsi bizi narahat edir“ - Rusiya təmsilçisi

Rəsmi

17 Yanvar 2022 17:24 1505


"Rusiya ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağa səfər edə bilməməsindən narahatdır".

Yenisabah.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.

“Bizi nə narahat edir? Həmsədrlər üçlüyü hələlik regiona səfər edə, vəziyyətlə tanış ola, insanlar arasında əlaqələrin qurulmasında və humanitar problemlərin həllində tərəflərə kömək etmək üçün konkret tədbirlər müəyyən edə bilməyib”, - deyə Lukaşeviç qeyd edib. Sezar pizza

Eyni zamanda, rusiyalı diplomat ümid etdiyini bildirib ki, “çox yaxın gələcəkdə həmsədrlərin “üçlüyü” hələ də regiona səfər edə, həmçinin Ermənistan və Azərbaycanın siyasi rəhbərliyi ilə danışa biləcək”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!