Həmsədrlik formatına yenidən baxılmalıdır   - Təklif

saytların hazırlanması

Evə çatdırılma

Həmsədrlik formatına yenidən baxılmalıdır - Təklif

Siyasət

03 Oktyabr 2020 09:32 1154


Deputat: “Emmanuel Makronun bəyanatları sülhə, sabitliyə deyil, vəziyyətin gərginləşdirilməsinə xidmət edir”

“Heç bir araşdırma aparmadan qondarma erməni soyqırımını tanıyan Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin nizamlanması prosesinə birbaşa məsuliyyət daşıması, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi fəaliyyət göstərməsi anlaşılan deyil. İki ölkə arasında münaqişənin kəskinləşdiyi bi vaxtda Fransa prezidenti Emmanuel Makronun bəyanatları sülhə, sabitliyə deyil, vəziyyətin gərginləşdirilməsinə xidmət edir”.

Bu barədə Yenisabah.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev bildirib.

Millət vəkili qeyd edib ki, tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasının gerçəkləşdirilməsi məqsədi ilə on minlərlə azərbaycanlını məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirən, yaşayış məntəqələrini dağıdan, mədəniyyət abidələrini, məscid və qəbiristanlıqları yerlə-yeksan edən işğalçı ermənistan hakimiyyətini dəstəkləyən Fransanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi fəaliyyəti qaydalara uyğun deyil, münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına ziddir: “Ermənistanın təxribatına cavab olaraq Azərbaycanın işğal altında olan torpaqlarını düşməndən azad etməsi ilə bağlı həyata keçirdiyi əks hücum əməliyyatları 6 gündür davam edir. Belə bir vaxtda Münaqişənin nizamlanması prosesinə məsuliyyət daşıyan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən olan Fransanın isə hərbi əməliyyatlar başladığı gündən tutduğu mövqe təəssüf hissi doğurur”.

Deputat vurğulayıb ki, erməni diasporunun güclü olduğu Fransada dövlət başçısının bəyənatı bədnam erməni lobbisinin məkr və iftira üzərində qurulmuş qərəzli təbliğat siyasətindən bəhrələnib: “BMT-nin 4 qətnaməsinin icra edilməsi beynəxlalq təşkilatların birbaşa vəzifəsi olduğu halda ATƏT-in Minsk Qrupunda yer alan Fransanın Prezidentinin sərsəm bəyanatı ATƏT-in Minsk qrupunun həmsədrliyi formatına yenidən baxılmasını təsdiq edir”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!