Həmyerlisinə atəş açdı, bıçaqlandı

saytların hazırlanması

Evə çatdırılma

Həmyerlisinə atəş açdı, bıçaqlandı

Kriminal

21 Sentyabr 2020 13:30 1360


Sentyabrın 19-da Xızı Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Altıağac qəsəbə sakini Rauf Fərzəliyevə bıçaqla xəsarət yetirilməsi barədə məlumat daxil olub. 

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar polis əməkdaşları dərhal hadisənin baş verdiyi əraziyə yollanıblar. Həyata keçirilən araşdırmalar nəticəsində məlum olub ki, Rauf Fərzəliyev şəxsi münasibətlər zəminində "BORAWING" markalı silahla bir dəfə Vahid Əhmədova atəş açıb. Atəş zamanı xəsarət alan olmayıb. Daha sonra isə V.Əhmədov əlində olan bıçaqla R.Fərzəliyevə xəsarət yetirib.  Dominos pizza

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!