Hansı daha təhlükəlidir? sürət həddini 1 km aşmaq, ya hər ay sizdən 1 mlrd. manat oğurlamaq?!
Sürücülər yəqin bilərlər, piyada keçidində qanuna uyğun dayanırsan, piyadanın keçməsini gözləyirsən, bəzən piyada telefonla danışa-danışa yolu yavaş keçir, hətta bəzən keçidin ortasında ayaq saxlayıb kiminləsə danışır, ona irad bildirində isə sürücüyə çəmkirir ki, gözləmələsən, bu keçiddən keçmək mənim hüququmdur, nə zaman istəsəm keçərəm, sən gözləməlisən.
Bir neçə dəfə elə piyadalara başa salmışam ki, tamam da, bu sənin haqqındır, amma sənin məsuliyyətin də var axı, sən piyada keçidindən keçmək hüququndan istifadə etməkdən həzz alırsan, amma, məsələn daha vacib olan seçki hüququn haqqında heç düşünmürsən də, bunu necə izah edirsən?! Marqarita pizza
Ya da, dünən eksperiment olaraq saatda 120 ilə sürdüyüm görünən, amma əsas məqsəd havanın 38 dərəcə isti olduğunu göstərmək olan foto paylaşdım və bir neçə nəfər mənə irad bildirdi ki, niyə sürət həddini aşmışam, 119 km sürətlə sürməyin qanuni olan yolda nədən 120 ilə sürmüşəm?! Bu iradların olacağını öncədən bilirdim, hətta fotonun şərh bölümündə də dünən bunu yazdım, amma iradlar dayanmadı.
Tamam, mən sürət həddini cəmi 1 km aşmışam, bunu gördüz və irad bildirdiz, qanunpərvər olduğunuzu göstərdiz, bəs hər ay ölkədə korrupsiya və büdcə oğurluğu vasitəsi ilə sizin - vətəndaşın cibinə girib oğurlanan ortalama 1 mlrd. manat haqqında heç düşünürsünüzmü?! Hansı daha təhlükəlidir - sürət həddini 1 km aşmaq, ya hər ay sizdən 1 mlrd. manat oğurlamaq?!
Açığı cəmiyyətdə demokratiya, hüquq, davranış qaydaları haqqında təsəvvürlər, yumşaq desəm, tam oturuşmayıb, bəzən insana elə gəlir ki, bu anlayışların doğru oturuşması üçün lap başdan, lap əvvəldən başlamaq lazımdı - Allah əvvəl Adəmi yaratdı....
Natiq Cəfərli
Telegram kanalımız