“Hər bir insan özü-özünü qorumalıdır“ - Elman Nəsirov

saytların hazırlanması

Evə çatdırılma

“Hər bir insan özü-özünü qorumalıdır“ - Elman Nəsirov

Sosial

14 Mart 2020 14:09 644


“Nazirlər Kabinetinin yanında Operativ Qərargahın dünən verdiyi qərar olduqca əhəmiyyətlidir. Onu da qeyd edim ki, cəmiyyətin böyük əksəriyyəti də bu qərarı yüksək dəyərləndirir”. 

"Yeni Sabah" xəbər verir ki, bu fikirləri Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirli deyib. O bildirib ki, dövlət prosesə nəzarət edir və insanların panikaya düşməsinə hər hansı bir əsas yoxdur:

"Amma insanların arasında xaraktercə panikaya meyilli insanlar da olur və hesab edirlər ki, belə bir qərar verilibsə, deməli, xəstəliyin miqyası böyükdür. Amma əslində belə deyil. Operativ qərargahın tətbiq elədiyi qadağalar yalnız bir məqsədə xidmət edir, o da Azərbaycan vətəndaşının sağlamlığı və təhlükəsizliyidir. Ona görə də hər hansı narahatlığa, panikaya düşməyin mənası yoxdur. Bu qərardan o da anlaşılır ki, hər bir insan özü-özünü qorumalıdır. Bu proses dövlət tərəfindən yüksək səviyyədə həyata keçirilir, lazım olan bütün addımlar atılır. pizza sifarişi

Yoluxma şübhəsi olan insanlar krantinə götürülür, onların müalicəsi yüksək səviyyədə həyata keçirilir. Artıq uğurlu nəticələrimiz də var, bu virusa yoluxub müalicədən sonra sağalan insanlarımız var. Yəni, Azərbaycanda narahat olacaq hər hansı bir vəziyyət yoxdur".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!