“Hər birinizə hünər, dözüm və ən əsası cansağlığı arzulayıram!” - Mehriban Əliyeva

saytların hazırlanması

Evə çatdırılma

“Hər birinizə hünər, dözüm və ən əsası cansağlığı arzulayıram!” - Mehriban Əliyeva

Siyasət

17 İyun 2020 11:36 815


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın “Instagram” səhifəsində 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü ilə bağlı səhiyyə işçilərini təbrik edib.

Yenisabah.az xəbər verir ki, təbrikdə deyilir:

"Bu gün – 17 İyun – ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunur. Səhiyyə sahəsində çalışan hər kəsi bu əlamətdar gün münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Əminəm ki, bu gün bütün vətəndaşlarımız sizə sonsuz təşəkkür və səmimi minnətdarlığını bildirmək istərdi. Axı koronavirus pandemiyası ilə mübarizədə əsas yük sizin üzərinizə düşüb. Biz bir daha sizin peşəkarlığınıza əmin olduq. Biz sizin fədakarlığınızın, səxavətinizin və qəhrəmanlığınızın şahidi olduq. Siz öz doğma və yaxınlarınızdan uzaqda həyatınızı riskə ataraq xəstəliyi yenməyə kömək edir, həyatları xilas edir, insanlara inam və ümid bəxş edirsiniz. Sizin gündəlik zəhmətiniz, peşə borcunuza sadiqliyiniz, pasiyentlərə xoş münasibətiniz, şəfqət və mərhəmətiniz ən yüksək qiymətə layiqdir! Sizin hər birinizə hünər, dözüm və ən əsası cansağlığı arzulayıram!". Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!