“Hər gün Azərbaycana atəş açırıq” – Qarabağdakı erməni silahlıları

saytların hazırlanması

Evə çatdırılma

“Hər gün Azərbaycana atəş açırıq” – Qarabağdakı erməni silahlıları

Rəsmi

04 May 2022 08:36 1850


Hazırda Qarabağda qanunsuz yerləşən "Yerkrap" erməni taborunun silahlıları öz müraciətlərində hər gün Azərbaycan silahlı qüvvələri ilə atışma faktını təsdiqləyiblər.

“Yeni Sabah” xəbər verir ki, bu məlumatı hərbi ekspert Ədalət Verdiyev paylaşıb.

“Sizə müraciət edirik, asfalt fədailəri, biz indi sərhəddə dayanıb düşmənlə (Azərbaycanla - Ə.V) üz-üzəyik, hər gün onlara atəş açırıq. pizza hut

Düşmənin sərhədi keçməsinə imkan vermirik, başınızın üstündə dinc səmanı təmin edirik. Siz niyə orada (İrəvanda - Ə.V) sirklə məşğul olursunuz? Siz orada türkləri harada görmüşünüz? Oradan Qarabağ görünürmü?

Qarabağ buradadır, bizimlədir. Bura gəlin, Qarabağ burada qorunur, İrəvanın mərkəzində yox. Tərəddüd etməyin, əgər bizə postlarımızdan enib asayişi bərpa etmək əmri verilsə, biz bunu mütləq edəcəyik. Dövlətçiliyimizi sarsıtmağa çalışan hər kəsi cəzalandıracağıq. Fərqi yoxdur, kim olursan - keçmiş prezidentin oğlu, nazirin və ya adi tələbə. İndi hər biriniz bizə mane olur, bizi ölkənin müdafiəsindən yayındırırsınız, fikirləşin ki, bu kimə sərfəlidir".

Ədalət Verdiyev sonda qeyd edib ki, “Bir az baş işlətsək, erməni silahlıları Qarabağdan İrəvana gedib, asayişi bərpa etməyə başalayacaqlar”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!