Müğənni Xəyyam Nisanov Rusiyada yaşayıb, məşhurlaşan azərbaycanlıları tənqid edib.
Yenisabah.az xəbər verir ki, o, həmin şəxlərin şəhidlərlə bağlı heç bir paylaşım etməməsini sərt qınayıb: "Heç kəsdən qorxacaq yerim yoxdur. Çünki Azərbaycan Respublikasının vətəndaşıyam, bununla hər zaman fəxr etmişəm. Şalışdığım qədər bütün dünyada ölkəmi təbliğ edirəm. Amma çox heyif ki, mənim Rusiyada və dünyada tanınan həmkarlarım bu gün susublar. Heç bir paylaşım etmirlər. Niyə? Kimdən qorxursunuz, çəkinirsiniz? Mən də 20 ildir Rusiyanın paytaxtında çalışıram. Orada ermənilərlə üz-üzə gəlirəm. Amma heç bir zaman mövqeyimi dəyişmirəm".
Bunları yazan X.Nisanov həmin şəxlərin profilini də işarələyərək onlara sual ünvanlayıb. Qeyd edək ki, Rusiyada məşhurlaşan azərbaycanlılar siyahısında bloqqer Hüseyn Həsənov, müğənnilər Bahh Tee, Elman Zeynalov, Coni, Aleksandr Əliyev və Nəvai Bəkirov (HammAli & Navai) yer alıblar. Dördpendirli pizza
Telegram kanalımız