“Daim Azərbaycan vətəndaşlarının ən çox şikayət etdikləri DİN DYP əməkdaşları olub. Son günlər DYP əməkdaşları sanki vətəndaşları incitmək öhdəliyi götürüblər”.
“Yeni Sabah” xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov deyib. O, deyib ki, elə onun özü və yaxın ətrafı hər gün DYP-nin özbaşnalığı ilə qarşılaşır:
“DYP strukturlarında baş verən anlaşılmazlıqlar, vəzifədən alınıb, sonra geri qaytarılmalar da bu qurumda böyük problemlərin olduğunun göstəricisidir. Marqarita pizza
Əgər hakimiyyətdə həqiqətən vətəndaşların qeydinə qalan varsa bir neçə xatırlatma edim.
Qonşu Gürcüstanda Mixail Saakaşvilinin atdığı ən uğurlu, vətəndaşların alqışladığı addımlar da məhz bu qurumla bağlı idi. Gürcüstanda ilk olaraq rüşvət mənbəyi olan avtomobillərin texniki baxış proseduru ləğv edildi. Bunun ardınca isə DYP bir qurum kimi ləğv edildi.
Hakimiyyətə məsləhətim odur ki, əgər doğrudan da vətəndaşları güzaranı maraqlandırırsa təxirəsalmadan hər iki addımı atmaq lazımdır, çünki Azərbaycanda bu iki hal daha acınacaqlı vəziyyətdədir. Bizdə isə tam əksini edirlər, Bakı artıq, sanki DYP şəhərinə dönüb. Az qala əhalinin sayı qədər DYP işçisi var”.
Telegram kanalımız