“Hər iki xəstəlik olduqca oxşar əlamətlərə malikdir” - ÜST

saytların hazırlanması

Evə çatdırılma

“Hər iki xəstəlik olduqca oxşar əlamətlərə malikdir” - ÜST

Dünya

17 Oktyabr 2020 09:29 1111


Qripin və koronavirusun eyni vaxtda yayılması səhiyyə sistemi üçün çətinliklər yaradır.

Yenisabah.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib.

"Qrip və COVID-19-un eyni vaxtda dövriyyəsi səhiyyə sistemi və müəssisələri üçün problem yarada bilər, çünki hər iki xəstəlik olduqca oxşar əlamətlərə malikdir", - ÜST rəhbəri deyib. Dominos pizza

Bu halda o qeyd edib ki, koronavirusla mübarizə üzrə tədbirlər qripin yayılmasının qarşısının alınması üçün effektivdir. Söhbət hər şeydən əvvəl əllərin yuyulması, qoruyucu maskalardan istifadə, sosial məsafəyə riayət etmə və binaların havasının dəyişdirilməsindən gedir. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!