Avqustun 26-ı “Aberdin” - “Qarabağ” oyunu keçirildi. “Qarabağ” 3:1 hesabı ilə qalibiyyət qazandı və qrup mərhələsinə yüksəldi.
“Qarabağ” konfrans liqasının qrup mərhələsinin H qrupunda "Kayrat" (Qazaxıstan) və "Ominiya" (Kipr) ilə mübarizə aparacaq.
“Qarabağ” klubunun müdafiəçisi Elvin Cəfərquliyevin Yenisabah.az-a müsahibəsində özlərinin və rəqibin şanslarını dəyərləndirib: Dominos pizza
- Elvin bəy, "Aberdin" "Qarabağ" oyununda iştirak etməmisiniz, lakin bu sizin də qalibiyyətiniz sayılır. Komandanızdan bu uğuru gözləyirdinizmi?
- Ayağım zədəli olduğu üçün oyunlarda iştirak edə bilmədim. Bir müddətdir futboldan uzağam. Özüm oyunda iştirak edə bilməsəm də inanırdım ki, klubumuz qalib olacaq. Çünki bizim kollektiv təcrübəli və səviyyəlik futbolçulardan ibarətdir.
- “Qarabağ”ın növbəti oyunları keçiriləcək, artıq qruplar müəyyənləşib. Qrupda olan komandalar “Qarabağ" üçün necə rəqib sayılır?
- “Qarabağ” onlardan daha güclü rəqiblərlə eyni qrupda mübarizə aparıb. Eyni zamanda “Qarabağ”ın Avrokubok təcrübəsi olduğuna görə qrup mərhələsindən çıxacağımıza inanıram. Rəqiblərimiz münasibdir. Hər kəs növbəti qalibiyyətlərimizi gözləsin.
- “Qarabağ” qrup mərhələsindən çıxa biləcəkmi?
- Bəli, Ağdam təmsilçiləri bunun da öhdəsindən gələcək. “Qarabağ” Azərbaycan futbolunda tarix yazacaq.
- Gənc futboçularımız xarici klublarda oynamağa çox meylli olurlar. Önümüzdəki illərdə xarici futbol klubunda oynamaq istəyərsinizmi? Bu günə qədər hansısa məşhur klubdan təklif gəlib sizə?
- Əlbəttəki, kariyeramı daha irəli aparmağı düşünürəm. Növbəti illər xaricdə güclü komandalarla çalışmaq istəyirəm. Lakin hələ belə bir təklif almamışam.
Tək arzum Azərbaycan futbolunu layiqincə təmsil etməkdir.
Mehri Qurban
Telegram kanalımız