"Düdelanj"ın (Lüksemburq) baş məşqçisi Bertran Krasson "Lequotidien" nəşrinə geniş müsahibə verib.
"Yeni Sabah" xəbər verir ki, çalışdırıcı bir çox məqamalara toxunub. 49 yaşlı mütəxəssis bu mövsüm Avroliqanın qrup mərhələsində "Qarabağ"la keçirilən matçı da xatırlayıb:
"Qrup mərhələsinin ilk turunda APOEL-i 4:3 hesabı ilə məğlub etdik. Səfər qələbəmizdən sonra hər kəs dogma meydanımızda "Qarabağ"ı da məğlub edə biləcəyimizi gözləyirdi. Lakin azarkeşlərimiz gözlənilməyən məğlubiyyətimizdən sonra məyus oldular".
Qeyd edək ki, "Qarabağ" "Düdelanj"I səfərdə 1:4 hesabı ilə məğlub etmişdi.
Ağdam klubu Avropa Liqasının A qrupunu 5 xalla 3-cü, "Düdelanj" isə 4 xalla 4-cü sırada bitirib. Telegram kanalımız