Bu gün əməkdar jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlının doğum günüdür.
Elçin Şıxlı 65 yaşının tamam olması münasibətilə Yenisabah.az-a müsahibə verib:
- Elçin bəy, doğum gününüz mübarək. Bu gün sizi ilk təbrik edən kim oldu? Sezar pizza
- Hər zaman olduğu kimi bu doğum günümdə də ilk təbrikimi ailəmdən aldım.
- Gün ərzində başqa kimlərdən təbrik gözləyirsiniz?
- Hazırda xüsusi təbrik gözlədiyim şəxs yoxdur. Məni sayan, hörmət qoyan insanlardan kifayət qədər təbrik aldım və buna görə də təbrik edən hər kəsə minnətdaram.
-Geriyə dönüb baxanda nə düşünürsünüz? Yaşadığınız həyatdan razısınızmı?
- Düzünü desək həyatdan razı olub-olmamaq deyə bir anlayış yoxdur. İnsana verilən həyatdı. Zənnimcə, pis bir ömür həyatı keçirmədim. Lakin elə məsələlər var ki, hər şey daha yaxşı ola bilərdi və yaxud daha çox şey edə bilərdim. Bugün aldığım mesajlardan birisində qeyd olunub: “Sizin 65-ci baharınızı təbrik edirəm”. Artıq ömrümün 65-ci payızına qədəm qoydum və mənə görə ötən yaş elədə mənfi cəhətlətlə yadda qalmadı.
- Bundan sonrakı fəaliyyətinizdə nə etməyi düşünürsüz: işləyəcəksiniz yoxsa istirahət edəcəksiniz?
- Mənim zənnimcə, inkişaf etmiş Qərb ölkələrində və qardaş Türkiyədə insanlar təqaüd yaşı çatanda sevinirlər. Çünki onlar ömrü boyu çalışırlar və müəyyən yaşa dolduqdan sonra təqaüd alaraq istirahətə çıxırlar. Təbii ki, bütün insanlar kimi mən də istirahət etmək istəyərəm. Amma dönüb ətrafıma baxanda hələ də bir çox şeyin yarımçıq qaldığını və etməli olduğum bir çox məsələlərin olduğunu düşünürəm.
Həcər ƏMİRASLANLI
Telegram kanalımız