Hər yeməyə qatılır - Görün nə qədər zərərli imiş... 

saytların hazırlanması

Evə çatdırılma

Hər yeməyə qatılır - Görün nə qədər zərərli imiş... 

Sağlamlıq

02 İyul 2024 16:24 3287


Yeməklərdə tez-tez istifadə etdiyimiz və özünəməxsus kəskin qoxusu ilə xörəyə ləzzət qatan qara bibərdən istifadə edərkən diqqətli olmaq lazımdır. 

Yenisabah.az xəbər verir ki, mütəxəssislər bu ədviyyatın faydaları ilə yanaşı, zərərlərinin də olduğunu açıqlayıb. 

Qara bibərin səhv istehlakı nəticəsində yaranan bu zərər sağlamlığımıza ciddi ziyan vura bilər. Tez-tez istehlak etdiyimiz qara bibərin sağlamlıq üçün yaratdığı risklər aşağıdakılardır:  pizza sifarişi

Qara bibər faydalı olsa da, həddindən artıq istehlak mədə və bağırsaqlarda qıcıqlanma yaradır. Qara bibərdə piperin adlı birləşmə var. Bu tərkib mədə turşusunu artırır, qastrit, xoralar və ürək yanması kimi vəziyyətlərə səbəb olur. 

Eyni zamanda, piperin sidikqovucu kimi fəaliyyət göstərir. Bədən kifayət qədər su qəbul etmədikdə, bu, susuzluğa səbəb olur. Susuzlaşdırma səbəbiylə yorğunluq, baş ağrısı və konsentrasiyanın olmaması şikayətləri ola bilər. Bundan əlavə, piperin müəyyən dərmanların və qida maddələrinin udulmasını artırır. Dərmanları müntəzəm istifadə edən şəxslərdə bu, dərmanların təsirində balanssızlığa səbəb ola bilər. 

Qara bibərin həddindən artıq istehlakı, həmçinin, tənəffüs yollarını qıcıqlandıraraq tənəffüs yollarının xəstəliklərinə səbəb olur və dəriyə də təsir göstərir. 

Aytac Şahin 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!