Daxili Qoşunların hərbçisi vəfat edib.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Zaqatala rayonunda qeydə alınıb.
Daxili Qoşunların hərbi qulluqçusu, Zaqatala sakini, 27 yaşlı Məhəmməd İbrahim oğlu Cindarov ürək tutmasından dünyasını dəyişib. pizza sifarişi
Qeyd edək ki, M.Cindarov Daxili Qoşunların hərbi qulluqçusudur. O, Zaqatalaya məzuniyyətə gəlibmiş.
Onu da qeyd edək ki, M.Cindarov nişanlı olub. Bu gün o nişanlısını görməyə gedibmiş. Hadisə də nişanlısının evində olub. M.Cindarov nişanlısının yanında dünyasını dəyişib.
***
Daxili Qoşunların mətbuat xidmətindən “Yeni Sabah”a bildirilib ki, Zaqatala sakini Məhəmməd İbrahim oğlu Cindarov Daxili Qoşunların hərbçisi deyil. “Məlumatı verərkən DİN-in və ya DİN Daxili Qoşunların mətbuat xidmətləri ilə əlaqə saxlayıb dəqiqləşdirməyiniz xahiş olunur”.
Telegram kanalımız