Hərbçi oğlu Vilayət Eyvazova şeir dedi - Video

saytların hazırlanması

Evə çatdırılma

Hərbçi oğlu Vilayət Eyvazova şeir dedi - Video

Sosial

03 Sentyabr 2019 08:50 2463


Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Qəbələ rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsinin zabit və gizirləri üçün əsaslı təmir edilmiş yaşayış binasının istifadəyə verilməsinə həsr olunmuş mərasim keçirilib. Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov hərbi qulluqçulara verilən mənzillərə baxıb, onlarla həmsöhbət olub.

"Yeni Sabah" xəbər verir ki, mərasimdə maraqlı anlar yaşanıb. General-polkovnik Vilayət Eyvazovun qonaq olduğu mənzillərdən birində Daxili Qoşunların əməkdaşının azyaşlı oğlu nazirə "Üç rənqli bayraq” şeirini söyləyib:

"Bu üçrəngli bayrağım  Toyuqlu pizza

Gözümün işığıdır. 

Azadlıq yağışından 

Doğan göy qurşağıdır. 

Üstündəki ay-ulduz 

Gəlir mənim xoşuma. 

Ay üzüyə bənzəyir, 

Ulduz onun qaşına. 

Üçrəngli bayraq bizə 

Təsəllidir, dayaqdır, 

Yolumuzun üstünə 

İşıq saçan mayakdır.”

Azyaşlının şeir söyləməsi Daxili İşlər nazirinin marağına səbəb olub. O, "Ay maşallah” deyərək ona təşəkkür edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!