Hərbçilərimiz Gürcüstanda beynəlxalq təlimlərə qatılacaq

saytların hazırlanması

Evə çatdırılma

Hərbçilərimiz Gürcüstanda beynəlxalq təlimlərə qatılacaq

Maraqlı

24 Avqust 2022 01:16 1049


Azərbaycan Ordusunun hərbi qulluqçuları Gürcüstanda keçiriləcək beynəlxalq təlimlərə qatılacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

2400-dən çox hərbçinin iştirak edəcəyi "Noble Partner 2022" ("Layiqli partnyor 2022") təlimlərinin məqsədi Qara dəniz regionunda sabit və təhlükəsiz mühitin təmin edilməsi üçün regional tərəfdaşlar, müttəfiqlər arasında hazırlığın və qarşılıqlı uyğunluğun artırılmasıdır. Pepperoni pizza

Manevrlərdə Azərbaycan, ABŞ, Yaponiya, İsveç, Bolqarıstan, Rumıniya, Moldova, Yunanıstan, Böyük Britaniya, Türkiyə, Slovakiya, Norveç, Macarıstan, Almaniya, Bosniya və Herseqovina, Estoniya, Polşa hərbçiləri, Litvanın çoxmillətli briqadası iştirak edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!