Hərbçilərimiz Şuşada qəzaya düşdü: Ölən və yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

Hərbçilərimiz Şuşada qəzaya düşdü: Ölən və yaralananlar var

Hadisə

14 Yanvar 2021 12:15 736


Şuşa şəhəri istiqamətində hərbi qulluqçular olan avtomobil qəzaya düşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə yanvarın 12-də baş verib. Nəticədə Beyləqan rayonun Şəfəq qəsəbə sakini, müddətdən artıq xidmət edən hərbçi Yaqubov Həsən Hüseyn oğlu həlak olub, iki hərbçi isə xəsarət alıb. pizza

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, həlak olan hərbçimiz MAXE Həsən Yaqubov “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!