Hərbçilərin yürüşləri təşkil olundu - Video

saytların hazırlanması

Evə çatdırılma

Hərbçilərin yürüşləri təşkil olundu - Video

Maraqlı

26 İyun 2022 20:31 1133


26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində, həmçinin Şuşa şəhərində hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri təşkil olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təyin olunmuş marşrutlar üzrə yürüş edən hərbi qulluqçular vətəndaşlar tərəfindən alqışlarla qarşılanıb. Hərbi orkestrlərin ifa etdikləri hərbi marşlar böyük marağa səbəb olub. pizza

Qeyd edək ki, Heydər Əliyev parkı (Heydər Əliyev sarayının qarşısı), AzNeft dairəsindəki bayraq meydanı, Muzey Mərkəzi (bulvar fontanının qarşısı), Zabitlər parkı, Koroğlu parkı və Fəvvarələr meydanında hərbi orkestrlərin nümunəvi çıxışları bu gün saat 21:00-dək davam edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!