Hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə toplantı

saytların hazırlanması

Evə çatdırılma

Hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə toplantı

Sosial

07 Dekabr 2019 10:24 1136


Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə illik toplantı keçirilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, müdafiə naziri adından toplantı iştirakçılarını salamlayan idarə rəisi general-mayor Hüseyn Mahmudov onlara regiondakı hərbi-təhlükəsizlik vəziyyəti, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, Azərbaycan Ordusunda aparılan islahatlar, quruculuq işləri, hərbi-təhsil sistemi və bu sahədə əldə olunan nailiyyətlər, eləcə də beynəlxalq hərbi əməkdaşlığın prioritetləri və istiqamətləri haqqında ətraflı məlumat verib, növbəti ildə planlaşdırılan fəaliyyətləri diqqətə çatdırıb.

Bakı Hərbi Attaşelər Assosiasiyasının Duayeni, Çin Xalq Respublikasının hərbi attaşesi baş polkovnik Çjan Tsunqo həmkarları adından toplantının keçirilməsinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib və gələcəkdə də səmərəli əməkdaşlığın davam edəcəyinə ümidvar olduqlarını vurğulayıb. Pepperoni pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!