Hərbi bazada partlayış nəticəsində ölənlərin sayı 30 nəfərə çatdı

saytların hazırlanması

Evə çatdırılma

Hərbi bazada partlayış nəticəsində ölənlərin sayı 30 nəfərə çatdı

Hadisə

08 Mart 2021 17:40 920


Ekvatorial Qvineyada hərbi bazada silsilə partlayışlar nəticəsində həlak olanların sayı 30 nəfərə çatıb, 500-dən çox insan yaralanıb.

Yenisabah.az xəbər verir ki, bu gün dağıntılar altından daha 13 nəfərin cəsədi çxarılıb. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Güclü partlayışlar bazar günü ölkənin şimal-qərbindəki Bata şəhərində baş verib. Nəticədə ərazidəki bütün yaşayış binaları dağılıb və ya zədələnib. Ölkə prezidentinin sözlərinə görə, faciəyə hərbçilərin səhlənkarlığı və fermerlərin biganəliyi səbəb olub. Belə ki, yandırılan ocağın alovu hərbi anbarlara sıçrayıb. (Azərtac) Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!