Hərbi biletlərlə bağlı VACİB XƏBƏR: Tender ləğv olundu

saytların hazırlanması

Evə çatdırılma

Hərbi biletlərlə bağlı VACİB XƏBƏR: Tender ləğv olundu

Sosial

21 Aprel 2025 14:37 4549


 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi biletlərin hazırlanması üzrə mətbəə-çap məhsullarının alınması ilə əlaqədar elan etdiyi tender ləğv edilib.

“Yeni Sabah” Pravda.az-a istinadən xəbər verir ki, bu barədə qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.

Bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır. Toyuqlu pizza

Tenderin ümumi dəyəri 566 695 AZN olub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!