“Son tədris ilində olan oğlan tələbələrin hərbi çağırışı nəzərə alınaraq, onların imtahan qiymətləndirilməsinin iyun ayında başa çatdırılması nəzərdə tutulur”.
Yenisabah.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov bildirib.
“Yay imtahan sessiyasının iyun-iyul aylarında keçirilməsi planlaşdırılır. Yay sessiyasının təşkili ilə bağlı qaydalar ali təhsil müəssisələrinin Elmi Şurasının qərarı əsasında tənzimlənəcək. pizza sifarişi
Bir sıra imtahanların onlayn olması mümkündür. Bu olmasa, ənənəvi qaydada imtahanlar təşkil oluna bilər”, - deyə nazir qeyd edib. /Oxu.az
Telegram kanalımız