Hərbi ekspert: “Müdafiə Nazirliyinin açıqlamasını gözləyək”

saytların hazırlanması

Evə çatdırılma

Hərbi ekspert: “Müdafiə Nazirliyinin açıqlamasını gözləyək”

Maraqlı

03 Avqust 2022 17:24 1844


Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatlarına başlaması ilə bağlı erməni KİV-lərinin yaydığı məlumat ölkədə böyük ajiotaj doğurub.

Yenisabah.az xatırladır ki, təxminən 1 saat öncə Ermənistanın aparıcı KİV-ləri Azərbaycanın Qarabağda antiterror əməliyyatlarına başladığına, bunun nəticəsində düşmən tərəfin ciddi itki verdiyinə dair ardıcıl məlumatlar tirajlayır.

Ermənistan KİV-lərinin iddiasına görə, Qarabağda sülhməramlıların müvəqqəti nəzarətində olan ərazidə qanunsuz erməni silahlı birləşmələrinin 4 hərbçisi ölüb, 15 nəfər isə yaralanıb. Pepperoni pizza

Bu məlumatlar nə dərəcədə doğrudur?

Düşmən mətbuatının yaydığı məlumatların səhihliyinə inanmaq olarmı?

Tanınmış hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Yenisabah.az-a açıqlamasında rəsmi təsdiqini tapmayan xəbərlərə şərh vermək istəmədiyini deyib.

Polkovnik jurnalistlərə və sosial şəbəkə istifadəçilərinə müraciət edərək, onları səbrli olmağa səsləyib:

“Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasını gözləyək”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!