Hərbi helikopterlər toqquşdu   - General həlak oldu

saytların hazırlanması

Evə çatdırılma

Hərbi helikopterlər toqquşdu - General həlak oldu

Hadisə

19 Sentyabr 2021 19:36 1561


Liviya Milli Ordusunun iki helikopteri Tripolidən 1 000 kilometr şərqdəki Benqazidə şəhərinin səmasında qəzaya uğrayıb.

Yenisabah.az TASS-a istinadən xəbər verir ki, bu barədə agentliyə feldmarşal Xəlifə Haftar qüvvələrinin komandanlığındakı mənbə məlumat verib.

"Liviya Hərbi Hava Qüvvələrinin iki helikopteri hərbi təlimlər zamanı Benin təyyarə bazası ərazisində Benqazidən cənub-qərbə toqquşub”, - mənbə agentliyə deyib. Bildirilib ki, qəza nəticəsində helikopterlərdən birinin iki pilotu, o cümlədən briqada generalı Buzid əl-Barasi həlak olub. pizza hut

Onun sözlərinə görə, ikinci helikopterin ekipajı sağ qalıb.

Hadisənin hansı şəraitdə baş verməsilə bağlı araşdırmalara başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!