Hərbi prokuror: “Ermənistanın cinayətləri ilə bağlı istintaq davam etdirilir”

saytların hazırlanması

Evə çatdırılma

Hərbi prokuror: “Ermənistanın cinayətləri ilə bağlı istintaq davam etdirilir”

Maraqlı

30 Sentyabr 2022 08:19 972


"Ermənistan silahlı qüvvələrinin xalqımıza qarşı cinayətləri ilə bağlı istintaq davam etdirilir".

Yenisabah.az xəbər verir ki, bunu Baş prokurorun müavini - Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib.

"Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən xalqımıza qarşı törədilmiş sülh və insanlıq əleyhinə olan, müharibə, terrorçuluq, qəsdən adam öldürmə və digər cinayət faktları ilə bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq olunan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. Toyuqlu pizza

Onu da qeyd etmək lazımdır ki, 9 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda “Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlər və onların ağır nəticələri” mövzusunda elmi-praktiki konfrans da keçirilib”, - deyə X.Vəliyev vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!