Hərbi Prokurorluğun 14 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib

saytların hazırlanması

Evə çatdırılma

Hərbi Prokurorluğun 14 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib

Sosial

07 Yanvar 2020 09:59 1022


"2019-cu il ərzində xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə 14 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib".

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş prokurorunun müavini – Hərbi prokuror ədliyyə general-leytenantı Xanlar Vəliyev Hərbi Prokurorluqda 2019-cu il ərzində mərkəzi aparatda görülmüş işlərin vəziyyətinə və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində deyib.

O bildirib ki, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin daha da təkmilləşdirilməsi barədə dövlət başçısı İlham Əliyevin dəyərli tövsiyələri bir daha müşavirə iştirakçılarının diqqətinə çatdırılaraq hər bir əməkdaşdan gündəlik fəaliyyətində onlara əməl edilməsi ciddi tələb olunub. Marqarita pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!