İyunun 15-də Ermənistan ərazisində yerləşən mövqelərdən Laçın Sərhəd Nəzarət Məntəqəsində xidmət göstərən DSX hərbi qulluqçularına qarşı açılan atəş nəticəsində DSX-nin hərbi qulluqçusu, gizir Elşən Rüstəmov güllə yarası xəsarətləri alıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Baş Prokurorluğun İstintaq idarəsi, Kriminalistika şöbəsi və Qubadlı hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir və digər zəruri istintaq hərəkətləri aparılır. Marqarita pizza
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.3, 29,120.2.4 və 29,120.2.11, 29,120.2.12-ci (bir qrup şəxs tərəfindən xidməti vəzifəsini yerinə yetirən şəxsi ümumi təhlükəli üsulla, terrorçuluqla əlaqədar və milli düşmənçilik niyyəti ilə öldürməyə cəhd), 214.2.1. 214.2.3 və 214.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə ağır nəticələrə səbəb olan terrorçuluq) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Elşən Rüstəmov hərbi hospitala yerləşdirilib və vəziyyəti hazırda stabildir.
Baş vermiş hadisənin təfərrüatları barədə hadisə yerinin müayinəsi və digər istintaq hərəkətləri keçirildikdən sonra ətraflı məlumat veriləcəkdir.
Telegram kanalımız