Türkiyədən İngiltərəyə tibbi ləvazimatları daşıyan hərbi yük təyyarəsi Ankaradakı Etimesqut hava limanından yola düşüb.
Yenisabah.az xəbər verir ki, tibbi ləvazimatlar Səhiyyə Nazirliyi tərəfindən hazırlanan qoruyucu maskalar, N95 maskaları və tulumlardan ibarət olub. Bildirək ki, təyyarədəki ləvazimatların üzərinə türkçə və ingiliscə Mövlananın "Ümidsizliyin diyarına getmə, çünki ümidlər var, qaranlığa varmadan, çünki günəşlər var" sözləri yazılıb.
Qeyd edək ki, Türkiyə sabah da ingiltərəyə tibbi ləvazimat göndərməyi planlaşdırır. Ölkə bundan əvvəl İtaliya,İspaniya, Şimali Makedoniya, Bosniya və Herseqovina, Çernoqoriya, Serbiya və Kosovaya yardım göstərib. Dördpendirli pizza
Leyla Aslan
Telegram kanalımız