Hərbi və təhlükəsizlik məlumatlarını İsrailə ötürən şəbəkə tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Hərbi və təhlükəsizlik məlumatlarını İsrailə ötürən şəbəkə tutuldu

Dünya

15 Mart 2026 12:28 355


İranda təhlükəsizlik orqanları casusluqda şübhəli bilinən şəxslərə qarşı əməliyyat keçirib.

"Yeni Sabah" xəbər verir ki, yerli mənbələrin məlumatına görə, Qərbi Azərbaycan əyalətinin inzibati mərkəzi olan Urmiya şəhərində İsrail xüsusi xidmət orqanları ilə əlaqədə olmaqda şübhəli bilinən 20 nəfər saxlanılıb. Bu barədə “Tasnim” agentliyi xəbər yayıb.

Əyalət prokurorluğunun açıqlamasında bildirilib ki, aparılan əməliyyat nəticəsində İsraillə əlaqəli olduğu iddia edilən bir neçə muzdlu şəbəkə müəyyən edilərək zərərsizləşdirilib. Pepperoni pizza

İlkin məlumata əsasən, saxlanılan şəxslərin müxtəlif hərbi, polis və təhlükəsizlik obyektlərinin yerləşməsi barədə məlumatları İsrail tərəfinə ötürdükləri ehtimal olunur. Faktla bağlı araşdırmalar davam etdirilir.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!