Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Ermənistanda hərbi vəziyyətin elan olunmasına qarşı çıxıb.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, iclasda hərbi vəziyyətin tətbiqinin məqsədəuyğunluğu müzakirə edilib.
“Biz bunu Təhlükəsizlik Şurasının iclasında müzakirə etdik və belə qənaətə gəldik ki, orduya cəlb olunmaq istəyənlər varsa, adi prosedurla, könüllülük əsasında hərbi komissarlıqlara müraciət edə bilər və problem öz həllini tapacaq”, - deyə baş nazir vurğulayıb. Pepperoni pizza
N. Paşinyan bildirib ki, əvvəlki qərarlar çərçivəsində 3 aylıq toplanışlar prosesi qüvvədədir və vətəndaşların könüllülük əsasında xidmətə cəlb olunması üçün bütün hüquqi əsaslar mövcuddur.
Öz növbəsində, Ermənistanın müdafiə naziri Suren Papikyan da əlavə edib ki, hərbi komissarlıqlar könüllüləri yerlərə uyğun qəbul etməyə və yerləşdirməyə hazırdır.
Telegram kanalımız