“Hesab edirəm ki, bu, mənim sonuncu “Qızıl top”umdur”

saytların hazırlanması

Evə çatdırılma

“Hesab edirəm ki, bu, mənim sonuncu “Qızıl top”umdur”

İdman

01 Noyabr 2023 09:55 986


"İnter Mayami"nin hücumçusu Lionel Messi güman edir ki, o, bir daha "Qızıl top"u qazana bilməyəcək. 

Yenisabah.az xəbər verir ki, bu haqda Argentina millisinin kapitanı 8-ci dəfə “Qızıl top”u qazanmasına münasibət bildirərkən deyib. 

“Uzun müddətdir ki, “Qızıl top” haqqında düşünmürdüm. “Qızıl top”u qazanmaq mənim üçün heç vaxt prioritet olmayıb. Xüsusən indi, karyeramda əldə etdiyim hər şeyi əldə etdikdən sonra... Hesab edirəm ki, bu, mənim sonuncu “Qızıl top”umdur. Mən şadam ki, əldə etdiyim hər şeyə nail oldum. Səkkiz “Qızıl top” qazanan yeganə oyunçuyam”.  pizza sifarişi

Qeyd edək ki, Messidən başqa heç kim dünyanın ən güclü futbolçusuna verilən “Qızıl top”u 8 dəfə qazana bilməyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!