Hesablama Palatası 3 dövlət qurumunda yoxlama apardı

saytların hazırlanması

Evə çatdırılma

Hesablama Palatası 3 dövlət qurumunda yoxlama apardı

Sosial

28 İyul 2025 15:57 737


Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə Kollegiya iclası keçirilib.

Yenisabah.az xəbər verir ki, iclasda Hesablama Palatasının 2025-ci ilin altı ayı üzrə fəaliyyətinə dair məlumat müzakirə edilib. Müvafiq sənədə kənar dövlət maliyyə nəzarəti tədbirlərinə, həmçinin büdcə prosesində iştiraka dair icmal-statistik məlumatların daxil edildiyi, həmçinin Hesablama Palatasının Strateji Planının icra vəziyyətindən bəhs edildiyi qeyd olunub. Müzakirələrin nəticəsinə əsasən 6 aylıq məlumatın, həmçinin bəzi nəzarət tədbirlərinin nəticələrinin rəsmi internet səhifədə yerləşdirilməsi qərara alınıb.

Daha sonra iclasda 3 nəzarət tədbirinin nəticələrinə dair auditor hesabatları müzakirə edilib. Müzakirələrin nəticəsində auditor hesabatlarının təsdiq olunmasına, aşkar edilmiş nöqsanların audit olunan qurumlar tərəfindən aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsinə dair qərarlar qəbul olunub. Eyni zamanda, iclasda 1 nəzarət tədbirinin başlanılması ilə bağlı proqram müzakirə olunaraq təsdiq edilib. Dördpendirli pizza

Sonda gündəlikdə dayanan cari məsələlərə baxılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!