Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin İşlər İdarəsində Hesablama Palatası tərəfindən yoxlamalara başlanılıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov məlumat verib.
Onun sözlərinə görə, yoxlamaların aparılmasında qeyri-qanuni məqam yoxdur: Marqarita pizza
"Hesablama Palatası hər il bu cür yoxlamalar aparır. Burada qeyri-adi nəsə yoxdur. AMEA-da yoxlamalar aparmağa Hesablama Palatasının tam səlahiyyəti var. Yəqin ki, əvvəl-axır Folklor İnstitutunda da yoxlamalar aparılacaq".
Qeyd edək ki, Hesablama Palatası tərəfindən aparılan yoxlamaların AMEA-nın yeni prezidenti, akademik Ramiz Mehdiyevin müraciəti əsasında başladıldığı deyilir. /demokrat.az
Telegram kanalımız