Hesablama Palatası G20 ölkələrinin sammitində iştirak edib

saytların hazırlanması

Evə çatdırılma

Hesablama Palatası G20 ölkələrinin sammitində iştirak edib

İqtisadiyyat

20 İyun 2024 15:36 1393


Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavini Nəsir Sadıqovun rəhbərlik etdiyi nümayəndə heyəti 16-19 iyun tarixlərində Braziliyanın Belem şəhərində keçirilən Ali Audit Orqanlarının (AAO) 3-cü SAI20 Sammitində (SAI20) ev sahibliyini həyata keçirən ölkənin dəvəti əsasında iştirak edib.

Qurumdan “Yeni Sabah”a daxil olan xəbərə görə, Azərbaycan nümayəndə heyətinin də geniş təqdimatla çıxış etdiyi tədbirin yekununda Birgə Kommunike qəbul olunub. Bu sənəddə İqlim Maliyyəsi və Enerji Keçidləri, Aclıq və Yoxsulluqla Mübarizə ilə bağlı əsas məsələlər üzrə 20 AAO-nun kollektiv mövqeyi və tövsiyələri əksini tapıb.

Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov INTOSAI-ın və Braziliya Hesablama Məhkəməsinin prezidenti Bruno Dantasla görüşüb, qurumlar arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Görüş zamanı Bruno Dantas ölkəmizin COP29-a ev sahibliyi ilə bağlı təbriklərini çatdırıb və Bakıya səfərini səbrsizliklə gözlədiyini qeyd edərək gələn il COP30 tədbirinin məhz Belem şəhərində keçirilməsinin planlaşdırıldığını vurğulayıb. Dördpendirli pizza

Öz növbəsində Hesablama Palatasının sədr müavini Braziliya tərəfinə Hesablama Palatasını müxtəlif beynəlxalq təşkilatlarda dəstəklədiyinə görə təşəkkürünü çatdırıb və əlaqələrimizin inkişafının davam etdirilməsinin zəruriliyini bildirib.

Qeyd edək ki, dünyada nüfuzlu təşkilat olan SAI20 G20-yə üzv ölkələrin AAO-ları arasında əməkdaşlığın gücləndirilməsində həlledici rol oynayır, qlobal idarəçilikdə şəffaflıq, hesabatlılıq və effektivliyi təşviq etmək öhdəliyi daşıyır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!