Hesablama Palatasında şöbələr ləğv edildi

saytların hazırlanması

Evə çatdırılma

Hesablama Palatasında şöbələr ləğv edildi

Sosial

25 Yanvar 2020 14:08 1452


Hesablama Palatasında dəyişiklik olunub.

“Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş vəzifələrin icrasının təmin edilməsi və fəaliyyətin beynəlxalq təcrübədə qəbul olunmuş mütərəqqi yanaşmalara uyğunlaşdırılması məqsədilə Hesablama Palatasının strukturunda dəyişikliklər aparılaraq təkmilləşdirilib.

Cari ilin fevral ayının 1-dən qüvvəyə minəcək yeni strukturda bir sıra şöbələrin birləşdirilməsi ilə yanaşı, iki yeni struktur vahidi də formalaşdırılıb. Dominos pizza

Səmərəlilik (perfomans) auditi ilə bağlı fəaliyyətin genişləndirilməsi məqsədilə Hesablama Palatasında Səmərəlilik auditi sektoru yaradılıb və müxtəlif istiqamətlər üzrə kənar dövlət maliyyə nəzarəti tədbirləri bu sektor tərəfindən həyata keçiriləcək.

Keyfiyyətə nəzarət və fəaliyyət risklərinin idarəedilməsi sektoru beynəlxalq standart və təcrübəyə uyğun şəkildə Hesablama Palatasının fəaliyyətinin, xüsusilə nəzarət fəaliyyətinin təşkili və risklərin araşdırılması istiqamətində fəaliyyət göstərəcək.(oxu.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!