İran prezidenti Həsən Ruhani kəşfiyyat nazirinə xüsusi göstəriş verib.
Yenisabah.az “Alef”ə istinadla xəbər verir ki, bir neçə gün əvvəl xarici işlər naziri Məhəmməd Cavad Zərifin hələ mart ayında tanınmış iranlı iqtisadçı-yazar Səid Leylaza verdiyi 7 saatlıq müsahibənin gizli audioyazısı xarici mediada yayılıb.
Həsən Ruhani audioyazının qısa müddətdə xarici mediaya necə ötürülməsi məsələsini araşdırmağı Kəşfiyyat Nazirliyinə tapşırıb. Marqarita pizza
Xatırladaq ki, Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə yayımlanan faylın media üçün müsahibə deyil, rutin məxfi dialoq və gizli arxiv üçün hazırlanan söhbət olduğunu bildirib.
Audioyazını sosial şəbəkədə ilk olaraq siyasətçi Hüsaməddin Aşna yayımlayıb. Amma o, gizli fayl görə məsuliyyəti öz üzərinə götürməyib.
Telegram kanalımız