Son 8 ildə ABŞ sanksiyaları ilə İran xalqına 1 trilyon dollara yaxın ziyan vurub.
Yenisabah.az Entekhab-a istinadla xəbər verir ki, bunu İranın sabiq prezidenti Həsən Ruhani deyib.
“ABŞ BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi ilə təsdiq edilmiş çoxtərəfli sazişdən heç bir səbəb olmadan geri çəkilib və son 8 ildə öz sanksiyaları ilə İran xalqına 1 trilyon dollara yaxın ziyan vurub. O, üzr istəmək və səhvinə düzəliş etmək əvəzinə, danışıqlar aparmaq istədiyini və danışıqların nəticəsiz qalacağı təqdirdə hərbi güc tətbiq edəcəyini bildirib", - deyə Ruhani vurğulayıb. pizza sifarişi
O əlavə edib: “Trampın səhvi odur ki, o, İran üçün masada kartların olmadığını düşünür. Onun istifadə etdiyi iqtisadi təzyiq kartıdır və hazırda masada başqa kart yoxdur. Amerikanın təsəvvürünün əksinə olaraq, İranın masada ən azı dörd vacib kartı var"
H. Ruhani ABŞ-nin keçmiş prezidenti Barak Obama ilə telefon danışığına təsdiqləyib:
“Mən 2013-cü ilin oktyabrında Nyu-Yorka gedəndə Barak Obama danışıqlarda israrlı idi. Mən Tehranı tərk etməmişdən əvvəl cənab Obama İranın Nyu Yorkdakı nümayəndəliyi vasitəsilə üç mesaj göndərmişdi ki, Nyu-Yorka gələn İran prezidenti ilə danışıqlara hazıram. Mən bu məsələni Ali Rəhbərin qarşısında qaldırdım. Razı olmadı. Danışıqların aparılmasının xeyrimizə olub-olmamasından asılı olmayaraq, bu məsələ haqqında çox danışdıq. Nəhayət, təklif qəbul edildi. Dedim ki, Obama mənim şərtlərimi qəbul edərsə, danışıqlar aparacağam və o, bunu rədd etmədi və dedi ki, dediyiniz şərtləri çətin ki, qarşı tərəf qəbul etsin. Danışıqlar əslində baş tutmadı, amma biz Nyu-Yorkda olarkən son anlarda Obamanın telefon zənginə cavab verdim, lazım gələrsə, sonra izah edəcəyəm. Bu danışıqlar qısa idi, on beş-iyirmi dəqiqədən çox çəkmədi, lakin bu qısa danışıqlarda beş mühüm məsələ qaldırıldı. İki məsələdə razılığa gəldik, üç məsələni daha sonra müzakirə etməyə razılaşdıq. Bu təmas atmosferi yumşalda bildi".
Telegram kanalımız