Həsrət Cəfərov və Rafiq Hüseynovun rəqibləri bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

Həsrət Cəfərov və Rafiq Hüseynovun rəqibləri bəlli oldu

İdman

06 Avqust 2024 18:10 829


Paris-2024 Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi yarışlarında növbəti günün püşkatması keçirilib.

Yenisabah.az xəbər verir ki, Azərbaycanın daha iki pəhləvanının rəqibləri bəlli olub.

67 kiloqram çəkidə çıxış edən Həsrət Cəfərov misirli Məhəmməd Əs-Sayedlə Rafiq Hüseynov (87 kq) isə macarıstanlı David Loşontsi ilə üz-üzə gələcək. Hər iki idmançımız mübarizəyə 1/8 finaldan qoşulacaq. pizza mizza

7 avqust

Yunan-Roma güləşi

67 kq

Həsrət Cəfərov - Məhəmməd Əs-Sayed (Misir)

87 kq

Rafiq Hüseynov - David Loşontsi (Macarıstan)

Qeyd edək ki, olimpiadanın yunan-Roma güləşi yarışlarının arxada qalan hissəsində Murad Məmmədov (60 kq), Sənan Süleymanov (77 kq) və Sabah Şəriəti (120 kq) xalça üzərinə çıxıblar. Murad ilk görüşdə uduzsa da, Sənan yarımfinala yüksəlib, Sabah isə bürünc uğrunda qarşılaşmaya çıxacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!