"Hətta 40-ı çıxmamış körpədə xərçəng müşahidə etmişəm".
Bu sözləri "Yeni Sabah"a tibb elmləri üzrə fəlsəfə doktoru Fərid Müseyibov deyib.
Həkim onkoloji xəstəliklərin Azərbaycanda tədricən geniş yayılmasının səbəblərini açıqlayıb: pizza hut
"Təməl səbəblər çoxdur. İlk faktorlardan biri qidalanmadır. Hətta 50%-i sağlam qidalanmamaqdan irəli gəlir. Hazırda qidalanma faktorundakı əsas problem “fast-food”a üstünlük verilməsidir. Yerdə qalan səbəblər isə hərəkətsizlik, hava çirkliliyidir.
Son zamanlarda artıq təkcə Bakıda deyil, bölgələrdə də texnologiyanın inkişafı ilə əlaqədar hava çirkliliyi artır. Hətta Günəşdə baş verən partlamalar belə xərçəng xəstəliyinə gətirib çıxara biləcək amillərdir.
Mütəmadi olaraq telefonların, kompüterlərin istifadəsi, ev daxilində quraşdırılmış modemlər onkoloji xəstəliklərin səbəblərindir”.
Fərid Müseyibov elektron siqaretləri də xərçəngin yayılmasının səbəblərindən biri sayır:
"Əvvəllər bu daha çox bəylərdə müşahidə edilsə də, indi qadınlarda da elektron siqaretlərin çox istifadə edir. Ümumi məsələlərdən əlavə, qadınlarda xərçəngin digər səbəblərindən biri də artıq çəki, piylənmədir. Qazlı və alkoqollu içkilərdən istifadə də riski əhəmiyyətli ölçüdə artırır.
Anaların öz övladlarına bədən quruluşunu qorumaq üçün uşağını təbii yolla qidalandırmaq istəməməsi süd vəzi xərçənginə də gətirib çıxara bilər. Bəzi hallar var ki, həyata yeni göz açan körpələrdə də xərçəng müşahidə olunur. Bunun səbəbi isə artıq genetik faktorlardır. Özüm 40-ı çıxmamış körpədə xərçəng müşahidə etmişəm. Əvvəlki dövrdə yanımıza xərçənglə bağlı müraciət edən yaşlı xəstələr var idisə, indiki dövrdə 3 yaşında, 5 yaşında uşaqlarda da müşahidə olunur”.
F.Müseyibov riski azaltmaq üçün yolları da açıqlayıb:
“Xərçəngin qarşısını birbaşa amillərlə almaq olmasa da, riski minimuma endirməyin bəzi yolları var. İdmanla məşğul olmaq, sağlam qidalanmaq, ev yeməklərinə üstünlük vermək, telefonlardan və şüa tərkibli elektronikadan mümkün olduqca az istifadə etmək. Mümkün olduqca qazsız və sadə su istifadə edilsin. Stress və travmadan mümkün olduqca qaçmaq da yetərli qədər önəmli faktordur. Misal olaraq, yanımıza gələn pasiyentlərdən biri 46 dəfə abort etmişdi. Bu, bədəni stressə salan və travma yaradan ən böyük məqamdır".
Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda 15 164 nəfərdə ilk dəfə xərçəng xəstəliyi aşkarlanıb, onlardan 8 051-i qadın, 7 113-ü isə kişidir. Ölkədə ümumən 69 435 onkoloji xəstə qeydiyyatdadır ki, bu da 2022-ci illə müqayisədə 7 050 nəfər çoxdur. Həmin il xərçəng səbəbindən 9 681 ölüm halı qeydə alınıb – 2022-ci ilə nisbətən 1 312 nəfər çox.
Rəvan Rzazadə
Telegram kanalımız