“Paşinyan elə bir insandır ki, hətta böyük manipulyasiya ustası olan Yozef Gebbels belə onun tələbəsi ola bilərdi”.
Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bu sözləri Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının yepiskopu Mikael Ajapahyan deyib.
O bildirib: Marqarita pizza
“O, özünü sülhpərvər biri kimi göstərir. Çünki ona görə əsas sülhdür. O, məğlubiyyəti sülh dövrünün başlanğıcı kimi təqdim etmək istəyir ki, uduzsaq da, guya sülh erası açmışıq. O, səhvlərinə haqq qazandırır. Amma bu hakimiyyətin sülhün əldə olunmasında heç bir rolu yoxdur. Müharibə nəticəsində rüsvayçı sülh yarandı.
İndi Baş nazir alçaldıcı məğlubiyyəti unudub, özündən asılı olmayan sülhü nailiyyət kimi təqdim edir. Bu, manipulyasiyadır və o, ən böyük manipulyantdır. Hətta Yozef Gebbels kimi riyakar Paşinyanın tələbəsi olardı”.
Telegram kanalımız