Həvəssizlik, darıxma halları, yeniyetməlik dövründə böhran...   – Nazirlik açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Həvəssizlik, darıxma halları, yeniyetməlik dövründə böhran... – Nazirlik açıqladı

Sosial

05 May 2020 15:16 1021


6-30 aprel 2020-ci il tarixlərində 146-3 "Qaynar xətt" xidmətinə ümumilikdə 863 zəng daxil olub. 

Təhsil Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, müraciətlərin mövzusu əsasən, yaşlı insanlarda mövcud vəziyyətlə bağlı yaşanan təşviş, ailədaxili və qarşılıqlı münasibətlərdə müşahidə olunan emosional narahatlıq, məktəblilərdə evdə mütəmadi olmaqla bağlı ortaya çıxan həvəssizlik, darıxma halları, yeniyetməlik yaş böhranı dövründə valideyn-övlad münasibətlərində qeydə alınan ünsiyyət problemi olub.

Həmçinin abituriyentlərdə imtahan həyəcanı, kiçik yaşlı uşaqlarda yığılan enerjinin sərf olunmaması ilə əlaqədar davranış pozuntusu, kiçik yaşlı məktəblilərdə diqqət əskikliyi və hiperaktivlik, yaxın insanın itkisi ilə bağlı depressiv vəziyyətlə əlaqəli müraciətlə də qeydə alınıb. Toyuqlu pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!