“Həyat çətinləşib” – “Qarabağ”ın futbolçusu koronavirusdan danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Həyat çətinləşib” – “Qarabağ”ın futbolçusu koronavirusdan danışdı

İdman

21 Mart 2020 13:40 620


"Ticarət mərkəzlərinin çoxu işləmir. Restoranlar saat 9-dan sonra bağlı olur".

Yenisabah.az xəbər verir ki, bu sözləri ölkəsinin mətbuatına açıqlamasında "Qarabağ"ın qapıçısı Vaqner da Silva koronavirus pandemiyası ilə bağlı Azərbaycanda yaranan durumdan danışarkən deyib. 

Brazilyalı qolkiper virusun tez bir zamanda keçəcəyinə inamını bildirib: Marqarita pizza

 "Qorxulu günlər yaşayırıq. Həyat çətinləşib. Bildirim ki, İran Azərbaycanla həmsərhəddir. İran isə Çin və İtaliyadan sonra koronavirusa görə ölənlərin çox olduğu ölkələrdən biridir. Hazırda məşqlər və çempionat dayanıb. İnanıram ki, bu virus ölkəmdə güclü şəkildə yayılmayıb. Hər şey yaxşı olacaq. Mənim orada ailəm var, onlar üçün hər gün dua edirəm. Ümid edirəm ki, virus tezliklə keçəcək və normal həyata qayıda biləcəyik. Hər şey özümüzdən asılıdır. Tanrının da köməyi ilə hər şeyin qısa vaxtda normallaşacağına inanıram".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!